Print This Post
 

Ə. İskəndərlinin şikayəti

Azərbaycan Respublikasının Prezidenti cənab İ.H. Əliyevə

Azərbaycan Respublikasının I Vitse-prezidenti

xanım M.A. Əliyevaya

Milli Məclisin sədri xanım S. Qafarovaya

Prezident Administarsiyasının rəhbəri cənab S.Nuriyevə

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri cənab F.Abdullayevə

Azərbaycan Respublikasi Baş Prokuroru cənab K. Əliyevə

Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin rəisi cənab Ə.Nağıyevə

Milli Məclisin deputatlarına

Azərbaycan Respublikasının Ombudsmanı xanım S. Əliyevaya

Bakı şəh., Qara Qarayev pr-ti, 105, mən. 48-də yaşayan İsgəndərli Əmanə Fizuli qızı tərəfindən

 

Hörmətli  cənab Prezident!

Hörmətli xanım I Vitse-prezident!

Hörmətli  xanımlar və cənablar!

 

Mənim ərizələrim  Sizə çatmırsa, deməli Azərbaycanda korrupsiyaya qurşanmış cinayətkar sistem fəaliyyət göstərir,  ədalət və qanunçuluq  barədə sözlər caamatı aldatmaq  üçün yalançı şuarlardır.

Bütün normal ədalətli ölkələrdə mübahisəsiz subutlara söykənən ərizəm dərhal   yoxlanilaraq qanuna uyğun qərarlar qəbul edilərdi.  Azərbaycan da isə zəncirvari əlbirlik  olduğundan hamısı bir-birinin cinayətlərini ört-basdır edirlər. Onları öz ailələrinin firavanlığından, pul və vəzifə kreslolarından savayı heç kim və heç nə maraqlandırmır. Tezliklə, Azərbaycandan heç nə qalmayacaq.

Mən, sizə tukürpədici faktlar, pul ücbatından  rüşvət verilməsi yolu ilə  açıq-aşkar günahsız Xalidə İsgəndərovanın məhkum edilməsi  barədə  məlumat  verdim.

 Mən prokurorluq orqanlarına prokurorluq işçiləri və hakimlər tərəfindən törədilmiş ağır cinayətlər barədə ərizə göndərdim. Qanuna əsasən bu ərizəyə mütləq şəkildə  baxılmalıdır.

Sizlərdən mənim sözlərimə inanmağı xahiş etməmişdim, sadəcə ərizəmin obyektivliyinin  yoxlanılmasını  və  qanuni  qərar  qəbul  edilməsini xahiş etmişdim.

Lakin ərizəmin yoxlanılması əvəzinə bütün instansiya məhkəmələri və  prokurorluq orqanları mənim məlumatlarımın yoxlanılmasını qəsdən uzadır, bu işi  ört-basdır edir, bir-birilərini ələ vermir,  ailə  üzvlərimə və  anamın vəkillərinə  qarşı  terror  kampaniyası  təşkil  edirlər.

Ali Məhkəmənin üzvü müstəntiq Müşfiq Abbasovun dayısıdır, bütün rüşvət verilmələrini o,  təşkil edib,  ona görə də həqiqətin ortaya çıxmasına mane olur,  Ədliyyə nazirliyi və  Ali Məhkəmənin  rəhbərliyi  onlarla  əlbir  olanları ələ vermirlərlər

 Qərarları həyasızcasına pozmuş digər məhkəmələr barədə şikayət ərizələrimə Konstutisiya Məhkəməsi də   cavab vermir,  susur  və ərizənin baxılmasını  bilərəkdən  yubadır.

Fuad Ələsgərov və Fikrət Məmmədov da  hansı ki, onların göstərişlərini   yerinə yetirən tanışları və onlara tabe olan hakimlər, prokurorluq işçilərinin tərəflərini  saxlayırlar,  hansı ki,  onlar da bir-birinin qohumları ilə bir yerdə işləyirlər.

Barəsində məlumat verdiyim faktlar açıq-aşkardır, onlarla sübutlarla, rüşvətin alınması ilə bağlı məhkəmə sənədləri  ilə təsdiq olunur. Dediklərim sadə insanlara   aid olsaydı onları çoxdan həbs etmişdilər.

Hər gün televizorda və KİV-də ədalətdən, demokratiyadan, hüquqi dövlətdən danışırlar, lakin işə gələndə, korrupsiya və özbaşınalığı ört-basdır edirlər, qanunlara, göstərişlərə  həyasızcasına  əhəmiyyət vermir,  korrupsiya və özlərini göstərməklə  məşğuldurlar.

Mən hesab edirəm ki, cinayət törədənlər və onların cinayətlərini bu yolla  ört basdır edənlər  dövlətimizə zərbə vururlar, xalq arasında Azərbaycan rəhbərliyinin siyasətinə qarşı  süni  şəkildə narazılıq yaradırlar, qəsdən onları  biabır edirlər.

Ərizəmin nəzarətə götürülərək onun obyektivliyinin yoxlanılmasını və qanuni qərar qəbul edilməsini  tapşırmağınızı növbəti dəfə  Sizdən xahiş edirəm.

Belə bir sistemdə mənim yerimdə siz və  sizə əziz olan insanlar ola bilərlər. Anamın işi üzrə qanuni qarar qəbul edilməyənə kimi və ya məni bu işə görə öldürməyənə kimi sakit  durmayacam.

Qoşma: törədilmiş cinayətlər barədə ərizə

Hörmətlə

                                                                                                Əmanə İskəndərli

 

02 iyun  2020-ci il

 

Leave a Reply