Print This Post
 

İskəndərli Əmanənin məktubu

Azərbaycan Respublikasının I Vitse-Prezidenti,

Heydər Əliyev Fondunun Prezidenti

Mehriban xanım Əliyevaya

Bakı şəhəri, Qara Qarayev pr-ti, 105, m. 48-də

yaşayan İskəndərli Əmanə Fizuli qızı

 (051-697-75-00) tərəfindən

 

Çox hörmətli Mehriban xanım!

 

Nəvələriniz, övladlarınız və bütün yaxınlarınıza xatir, köməksiz anam Xalidə İskəndərovanın işini nəzarətinizə götürməyinizi xahiş edirəm.

2016-cə ildə, miras əmlaka görə, rüşvət vermək və sübutları saxtalaşdırmaq yolu ilə anam Xalidə İskəndərova açıq-aşkar yalandan və qanunsuz olaraq, ərinin qətlinə görə məhkum edilmiş, əsl cinayətkarlar isə gizlədilmişdir.

2019-cu ilin iyununda mən və xalam Adilə Tağıyeva sübutlar əldə etmişik ki, Xalidə İskəndərova günahsiz ola-ola müstəntiq Müşfiq Abbasovun sui-istifadəsi və hakimlərin, ata tərəfdən qohumlar Cəmilə Süleymanova, Mahir Süleymanov və digərlərindən müstəntiq vasitəsilə aldıqları rüşvətə görə, Xalidə İskəndərovanın və mənim Fizuli İskəndərovun çoxmilyonluq əmlakından məhrum edilməsi məqsədilə qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilmiş və məhkum edilmiş, eləcə də ləyaqətsiz vərəsə hesab olunmuşdur.

Əldə edilmiş materiallardan həm də görünür ki, Xalidə İskəndərovanın barəsində qanunsuz qərarların əsaslandırılmasından ötrü müstəntiq Müşfiq Abbasov və hakimlər tərəfindən zərərçəkmişlərin, şahidlərin açıq-aşkar yalan ifadələrindən, saxta maddi sübutlardan, protokollardan və digər sənədlərdən istifadə olunmuşdur.

Xüsusən də, Adilə Tağıyevanın sözlərinə görə 2019-cu ilin iyununda Bülbül İskəndərova (böyük bacım) 055-315-76-98 nömrəsindən onun 055-703-14-58 nömrəsinə zəng edərək telefon telefon söhbətində bildirmişdir ki, 2015-ci ildə anası Xalidə İskəndərovanın üstünə şər atmaq üçün Cəmilə Süleymanov, Mahir Süleymanov, müstəntiq Müşfiq Abbasov və digər şəxslər onu yola gətirmiş, əvəzində Bakı şəhəri, Babək döngəsi, 11 saylı evi onun adına rəsmiləşdirməyi söz versələr də, onu aldatmışlar və heç nə verməmişlər.

Bundan əlavə, Bülbül İskəndərova telefon danışığında bildirmişdir ki, şahidi olub ki, Cəmilə və Mahir Süleymanovlar, o cümlədən ata tərəfindən digər qohumları müstəntiq Müşfiq Abbasovla anlaşaraq külli miqdarda rüşvət müqabilində Xalidə İskəndərovanın ittihamını saxtalaşdırmış və onu həbs etmişdir, sonra isə, müstəntiq M. Abbasovun Ali Məhkəmədə işləyən dayısı vasitəsilə Bakı Ağır cinayətlər məhkəməsinin, Bakı apellyasiya məhkəməsinin və Ali Məhkəmənin hakimləri ilə danışaraq, yenə də rüşvət müqabilində Xalidə İskəndərovanın barəsində hökmün qüvvədə saxlanılması və onun ləyaqətsiz vərəsə kimi tanınmasına nail olmuşlar.

Bülbül İskəndərovanın sözlərinə görə, buna görə müstəntiq Müşfiq Abbasova rüşvət şəklində Cəmilə Süleymanovanın və Mahir Süleymanovun daşınmaz əmlakları verilmiş, onların satışında əldə edilmiş puların bir hissəsi isə hakimlərə rüşvət qismində istifadə olunmuşdur.

Sözlərinin təsdiqi olaraq Bülbül İskəndərova Adilə Tağıyevanın telefonuna Cəmilə və Mahir Süleymanov və digər şəxslərin müstəntiq Müşfiq Abbasovla Xalidə İskəndərovanın məsuliyyətə cəlb edilərək məhkum edilməsi, onun və Əmanə İskəndərlinin ləyaqətsiz vərəsə qismində tanınması ilə bağlı rüşvətin alınması, məbləği və paylaşdırıması ilə bağlı danışıqları göndərib.

Bundan əlavə, sözlərinin təsdiqi olaraq Bülbül İskəndərova öz nömrəsindən Adilə Tağıyevanın telefonuna Cəmilə Süleymanovanın müstəntiq Müşfiq Abbasovla olan analoji məzmunlu SMS yazışmasını, eləcə də, Cəmilə və Mahir Süleymanovların müstəntiq M. Abbasova rüşvət qismində əmlakların verilməsini və bu əmlaklarla bağlı sonraki manipulyasiyaları təsdiq edən şəhadətnamələrin, məhkəmə qərarlarının və digər sənədlərin surətlərini göndərmişdir.

Xalidə İskəndərovanın qanunsuz məhkum edilməsi və miras əmlakdan məhrum edilməsi məqsədilə cinayətkar sövdələşmənin təsdiqi Bakı apellyasiya və Ali məhkəmənin hakimləri tərəfindən “Azərbaycan Respublikası MM-nin 1203.1 maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarının açıq-aşkar nəzərə alınmaması faktıdır ki, əldə edilmiş yazışmaya əsasən korrupsion sövdələşmənin şərtlərindən biri olub.

Əldə edilmiş sübutlar əsasında Xalidə İskəndərovanın müdafiəsi hökmə və miras əmlakdan məhrum edilmə ilə bağlı qərarlara yeni açılmış hallar üzrə yenidən baxılmasını üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət etmiş, lakin Ali Məhkəmə uydurma və qanunsuz əsaslarla ərizəyə baxmaqdan imtina etmişdir.

Bu zaman, müdafiə tərəfinin bir dənə də olsun dəlili, əlavə edilmiş rəsmi sənədləri, korrupsion sövdələşmələr barədə səs yazısı olan disk və sms-yazışmalar tədqiq edilməmişdir.

Hörmətli Mehriban xanım!

Ərizəmin nəzarətə götürülərək onun obyektivliyinin yoxlanılmasını və qanuni qərar qəbul edilməsini tapşırmağınızı növbəti dəfə xahiş edirəm.

Dərin hörmətlə

Əmanə İskəndərli

24 noyabr 2020-ci il

 

 

Leave a Reply