Print This Post
 

İskəndərli Əmanənin ərizəsi

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi

Xidmətinin rəisi cənab Ə.N. Nağıyevə

Azərbaycan Respublikasının Baş Prokuroru cənab K. Əliyevə

Azərbaycan Respublikası CM-nin 296-ci maddəsinə əsasən bilə-bilə yalan

xəbərçilik etmə barədə xəbərdar edilmiş,

Bakı şəhəri, Qara Qarayev pr-ti, 105, m. 48-də yaşayan, 2000-ci il təvəllüdlü

İskəndərli Əmanə Fizuli qızı (051-697-75-00) tərəfindən

 

ƏRİZƏ

(Azərbaycan Respublikası CPM-nin 204-cü maddəsinə uyğun qaydada)

 

Törədilməsi aşağıdaki sübutlar məcmusu ilə təsdiq olunan ədalət mühakiməsi, korrupsiya və qulluq mənafeyi əleyhinə cinayət faktları barədə hazırki məlumatlarla baxmağınızı xahiş edirəm.

01 sentyabr 2014 tarixində, Bakı şəhəri, Babək döngəsi, ev 11-də, mənim atam, İskəndərov Fizuli Haqverdi oğlu, çoxsaylı bıçaq zərbələri vurulmaqla qətlə yetirilmişdir.

Elə həmən gün fakt üzrə 140086109 №li cinayət işi başlanmış, 27 yanvar 2015 tarixindən istintaqı, Bakı şəhər prokurorluğunun müstəntiqi Abbasov Müşfiq Elman oğlu tərəfindən aparılmışdır.

2015 ilin yanvarında, mərhumun həyat yoldaçı – anam İskəndərova Xalidə İsmixan qızı və mən, müxtəlif hakimiyyət orqanları və idarələrinə şikayətlər göndərməyə başladıq ki, qətl hadisəsinin istintaqı səthi aparılır, ərinin qohumlarının və böyük qızı Bülbül İskəndərovanın tanışlarının Fizuli İskəndərovun çoxmilyonluq əmlakının ələ keçirilməsi məqsədilə ölümə aidiyyatı versiyaları yoxlanılmır.

Bunu bilən ölənin qohumları Xalidə İskəndərovaya bildirdilər ki, əgər o şikayətlərini dayandırmasa və əmlakdan imtina etməsə 18 il müddətinə azadlıqdan məhrum ediləcək, türmədə isə öldürüləcək.

13 və 16 aprel 2015 tarixində müstəntiq M. Abbasov Xalidə İskəndərovanı və məni iş üzrə zərərçəkmiş qismində tanıdı.

30 aprel 2015 tarixində müstəntiq M.E. Abbasov hər-hansı sübut olmadan, saxta sənədləri rəsmiləşdirməklə Xalidə İskəndərovanı şübhəli şəxs qismində tutmuş, 01 may 2015 tarixində isə ona, CM 120.2.4 maddəsi ilə ittiham irəli sürərək barəsində həbs qətimkan tədbiri seçmişdir.

Ittihama əsasən, cinayət motivi, xəstə anasını ziyarət etməyə ixazə verməmiş həyat yoldaşından Xalidə İskəndərovanın intiqam alması idi.

Bakı Ağır Cinayətlər məhkəməsinin 14 sentyabr 2016 tarixli hökmü ilə (hakimlər Əfqan Hacıyev (sədrlik edən), Rasim Sadıqov, Fikrət Qəribov) İskəndərova Xalidə İsmixan qızı xəbərdar edildiyi kimi Azərbaycan respublikası CM-nin 120.2.4 maddısi ilə nəzərdə tutulmuş əməli törədməkdə təqsirli bilinərək 18 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir.

Bakı Apellyasiya məhkəməsinin 08.06.2017 tarixli qərarı ilə (sədrlik edən İ. Murğuzov) Bakı Ağır Cinayətlər məhkəməsinin hökmü dəyişdirilmədən saxlanılmışdır.

Azərbaycan Respublikası Ali Məhkəməsinin 26.12.2017 tarixli qərarı ilə (sədrlik edən G. Rzayeva) Bakı Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

2018-ci ilin fevralında Xalidə İskəndərovanın və mənim ölümə aidiyyatı ilə bağlı barələrində şikayət etdiklərimiz Fizuli İskəndərovun qohumları Bakı şəhəri, Nizami rayon məhkəməsinə müraciət edərək Xalidə İskəndərovadan maddi və mənəvi ziyanıntutulması, eləcə də Xalidə İskəndərovaın və mənim ləyaqətsiz vərəsə hesab olunmağımız barədə müraciət etmişlər.

Bakı şəhəri, Nizami rayon məhkəməsinin 19 mart 2018 tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.

Lakin, Bakı Apellyasiya məhkəməsinin 13 avqust 2018 tarixli qətnaməsi ilə (hakim X. Cəmilova) “Azərbaycan Respublikası MM-nin 1203.1 maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 13 dekabr 2011 tarixli Qərarına zidd olaraq Xalidə İskəndərova Fizuli İskəndərova münasibətdə ləyaqətsiz vərəsə hesab olunmuşdur.

Azərbaycan Respublikası Ali Məhkəməsinin 10 yanvar 2019 tarixli qərarı ilə (hakim Ə. Mirzəliyev) Bakı Apellyasiya Məhkəməsinin 13.08.2018 tarixli qanunsuz qərarı qüvvəsində saxlanılmışdır.

2019-cu ilin iyununda Adilə Tağıyeva sübutlar əldə edib ki, Xalidə İskəndərova günanhsız ola-ola müstəntiq Müşfiq Abbasovun sui-istifadəsi və hakimlərin, Cəmilə Süleymanova, Mahir Süleymanov vədigərlərindən müstəntiq vasitəsilə aldıqları rüşvətə görə, Xalidə İskəndərovanın və mənim Fizuli İskəndərovun çoxmilyonluq əmlakından məhrum edilməsi məqsədilə anam qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilmiş və məhkum edilmiş, eləcə də ləyaqətsiz vərəsə hesab olunmuşdur.

Əldə edilmiş materiallardan həm də görünür ki, Xalidə İskəndərovanın barəsində qanunsuz qərarların əsaslandırılmasından ötrü müstəntiq Müsfiq Abbasov və hakimlər tərəfindən zərərçəkmişlərin, şahidlərin açıq-aşkar yalan ifadələrindən, saxta maddi sübutlardan, protokollardan və digər sənədlərdən istifadə olunmuşdur.

Xüsusən də, Adilə Tağıyevanın sözlərinə görə 2019-cu ilin iyununda Bülbül İskəndərova (mərhumun böyük qızı) 055-315-76-98 nömrəsindən onun 055-703-14-58 nömrəsinə zəng edərək telefon söhbətində bildirmişdir ki, 2015-ci ildə anası Xalidə İskəndərovanın üstünə şər atmaq üçün Cəmilə Süleymanov, mahir Süleymanov, müstəntiq Müşfiq Abbasov və digər şəxslər onu yola gətirmiş, əvəzində Bakı şəhəri, Babək döngəsi, 11 saylı evi onun adına rəsmiləşdirməyi söz versələr də, onu aldatmışlar və heç nə verməmişlər.

Bundan əlavə, Bülbül İskəndərova telefon danışığında bildirmişdir ki, şahidi olub ki, Cəmilə və Mahir Süleymanovlar, o cümlədən ata tərəfdən digər qohumları müstəntiq Müşfiq Abbasovla anlaşaraq külli miqdarda rüşvət müqabilində Xalidə İskəndərovanın ittihamını saxtalaşdırmış və onu həbs etmişdir, sonra isə, müstəntiq M. Abbasovun Ali Məhkəmədə işləyən dayısı vasitəsilə Bakı Ağır cinayətlər məhkəməsinin, Bakı apellyasiya məhkəməsinin və Ali Məhkəmənin hakimləri ilə danışaraq, yenə də rüşvət müqabilində Xalidə İskəndərovanın barəsində hökmün qüvvədə saxlanılması və onun ləyaqətsiz vərəsə kimi tanınmasına nail olmuşlar.

Bülbül İskəndərovanın sozlərinə görə, buna görə müstəntiq Müşfiq Abbasova rüşvət şəklində Cəmilə Süleymanovanın və Mahir Süleymanovun daşınmaz əmlakları verilmiş, onların satışında əldə edilmiş pulların bir hissəsi isə hakimlərə rüşvət qismində istifadə olunmuşdur.

Sözlərinin təsdiqi olaraq Bülbül İskəndərova özünün 055-315-76-98 №li telefonundan Adilə Tağıyevanın 055-703-14-58 №li telefonuna Cəmilə və Mahir Süleymanov və digər şəxslərin müstəntiq Müşfiq Abbasovla Xalida İskəndərovanən məsuliyyətə cəlb edilərək məhkum edilməsi və onun və mənim ləyaqətsiz vərəsə qismində tanınmağımızla bağlı rüşvət alınması, məbləği və paylaşdırılması ilə bağlı danışıqları göndərib.

Bundan əlavə, sözlərinin təsdiqi olaraq Bülbül İskəndərova 055-315-76-98 nömrəsindən Adilə Tağıyevanın 055-703-14-58 nömrəli telefonuna Cəmilə Süleymanovanın müstəntiq Müşviq Abbasovla olan analoji məzmunlu SMS yazışmasını, eləcə də, Cəmilə və Mahir Süleymanovların müstəntiq M. Abbasova rüşvət qismində əmlakların verilməsini və bu əmlaklarla bağlı sonraki manipulyasiyaları təsdiq edən şəhadətnamələrin, məhkəmə qərarlarının və digər sənədlərin surətlərini göndərmişdir.

Məlum olduğu kimi, analoji qanunsuz hərəkətləri Müşfiq Abbasov mərhum İlhamə Quliyevanın işinin istintaqı zamanı da törətmiş, buna görə məhkum edilmiş və prokurorluq orqanlarından xaric edilmişdir.

Anamın müdafiəçilərinin dəfələrlə yazdığı Xalidə İskəndərovanın təqsirsizliyi və müstəntiq Müşfiq Abbasovun onun barəsində sübutları saxtalaşdırılmasının əvvələr müəyyən edilmiş halları ilə məcmu şəklində qeyd olunan hallar cinayətlərin törədilməsini deməyə əsas verir.

Qoşma:

  1. A. Tağıyevanın ərizəsi – 3 v.
  2. Bülbül İskəndərova tərəfindən göndərilmiş məhkəmə və digər sənədlər – 17 v.
  3. Səs yazılar olan disk – 1 əd.
  4. M. Abbasovun audiosəs danışıqlarının transkribasiyası – 7 v.

 

Əmanə İskəndərli

 

16 may 2020-ci il

 

 

 

 

 

Leave a Reply