Print This Post
 

Kəmalə Tağıyevanın məktubu

Azərbaycan Respublikasının Prezidenti cənab İ.H. Əliyevə

Azərbaycan Respublikasının Vitse-Prezidenti xanım M.A. Əliyevaya

Məhkəmə-Hüquq Şurasının sədri cənab F. Məmmədova

Milli Məclisin deputatlarına

günahsız məhkum edilmiş jurnalist Tağıyev Mahmud Rasim oğlunun

həyat yoldaşı –Tağıyeva Kəmalə Şaban qızı (Azərbaycan Respublikası,

Bakı şəhəri, Aşıq Alı küçəsi, 7/19, m. 89, tel: 050 221-62-61)

 

Hörmətli cənab Prezident! Hörmətli Mehriban xanım!

Hörmətli xanımlar və cənablar!

Həyat yoldaşım, jurnalist və bloger, “Qafqaz Xəbər Agentliyi” və “Qafqaznews.az” saytlarının təsisçisi və rəhbəri Mahmud Tağıyev prokurorluğun generalı Kamal Qılıcov, qardaşı – Ali Məhkəmənin üzvü İlqar Qılıcov və digər yüksəkrütbəli korrupsionerlərin özbaşınalığı və korrupsiya barədə öz işçilərinin məqalələrinə görə bandotdel tərəfindən tutulmuş və Bakı ağır cinayətlər məhkəməsi tərəfindən saxta ittihamla məhkum edilmişdir.

Kamal Qılıcov və digər şəxslər dələduzluq yolu ilə bizim əmlakı ələ keçirmiş, həyat yoldaşım dəymiş ziyanı tələb etməyə başlayanda ona qarşı provokasiya təşkil edərək bandotdeldə işgəncə veriblər.

Toğrul Tağıyevin tanışının vasitəçiliyi ilə prokuror və hakim Fikrət Qəribov tələb etdilər ki, həyat yoldaşım öz tələblərindən imtina etsin, şikayət etməsin və əlavə olaraq 200000 pul versin, yoxsa 12 il iş kəsəcəklər. Mən imtina edəndə elə də oldu. Prokuror 12 il iş istədi, hakim Qəribov da 12 il verdi.

Həyat yoldaşımın işi tamamilə saxtalaşdırılıb, işdə onlarla saxta sənəd var, həyat yoldaşımın  və müdafiəçilərin bütün vəsatətləri əsassız rədd olunub.

Tələb olunan pulu versəydik belə olmazdı. Bu məhkəmə deyil, özbaşınalıqdı. Dünyanın heç bir yerində belə şey yoxdu.

Sadəcə sözlərinin doğruluğuna inanmağınızı istəmirəm, dediklərimin obyektivliyini yoxlamağınızı və qanuni qərar qəbul olunmasını xahiş edirəm.

Ola bilsin, Prezident İ. Əliyevin aparatında oturanlar prokuror-məhkəmə mafiyasının göstərişləri ilə bandotdelin gəcə-gündüz törətdiyi açıq-aşkar özbaşınalıqları ondan gizlədirlər, ona görə də sözlərimi ona çatdırmağınızı xahiş edirəm.

Həyat yoldaşımın vəkilinin məhkəmədəki nitqini tanış olmaq üçün göndərirəm, lazım gələrsə digər materialları da göndərə bilərəm.

Köməyinizi gözləyirəm.

Kəmalə Tağıyeva

02 may 2019-cu il

 

Leave a Reply