Print This Post
 

От Шахлы Ибрагим

Salam!

Sizin sayt haqqında “Zerkalo” qəzetində oxudum. Qərara gəldim ki, Sizdən məsləhət alım.

Mən 2009-cu ildə burnumda kosmetik əməliyyat  keçirmişəm. Lakin Türkiyəli həkim artıq getdiyindən (O burada elə indi də bir həftə və ya ongün işləyir) onun assisenti  burnuma ikinci gipsi qoyan zaman sümüyü kənara itələyib və hazırda kənarda bitmiş sümük yerinə qaytarılmaq üçün yenə əməliyyat olunmalıyam. Bu əməliyyat «Nur «  klinikasında olunmuşdur və 2011-ci ilin yanvarından onu başlayıblar. Ona görə də hələ klinika bağlanana qədər yalandan hər şeyin yaxşı olacağını vəd edən, sonra isə bu barədə heç nə eşitmək istəməyən həkimləri və klinikanın rəhbərini məhkəməyə vermək istəyəndə əvvəlcə ünvanlar olmadığından keçmiş klinikanın yerləşdiyi ünvanı göstərdim və məhkəmə ərizəmi geri qaytardı. Mən Pasport və Miqrasiya idarəsindən  klinikanın rəhbəri haqqında məlumatı alandan sonra məlum oldu ki, elə klinikanın ünvanı həm  də klinikanın rəhbərinin şəxsi ünvanı imiş. Belə deyək, yaşayış evində özfəaliyyət klinika açmış imişlər. Yalnız klinikanın rəhbərinin ünvanını göstərməklə, Türkiyəli həkimin isə hazırda «Medical Plaza»da işləməsini qeyd edərək (ünvan yazılmaqla) yenidən ərizə yazanda elə həmin hakim, eyni ünvanı görüb, diqqətlə oxumadan yenidən ərizəni geri qaytarıb. Mən artıq ünvan varsa onun heç bir əsası olmadığını bildirində, pis vəziyyətdə qalan hakim, daha iki cavabdeh kimi təqdim olunan həkimlərin ünvanı olmadığından ərizəni götürə bilməyəcəklərini iddia etdi. Ona görə də Mən apelyasiya məhkəməsinə müraciət etməzdən əvvəl Sizdən məsləhət vermənizi xahiş edirəm:

1. Mənə deyilənə görə bir neçə cavabdeh olanda onların birinin ünvanı varsa həmin rayonun məhkəməsi (bu halda Səbail rayonu ) ərizəni götürməlidirmi?

2. Tutaq ki, mən həmin Türk vətəndaşının Miqrasiya idarəsi vasitəsilə harada yaşadığını əldə etsəm və onun yaşadığı ünvan başqa rayon ərazsisində olsa onda necə hərəkət etməli?

3. Mən bilirəm ki, sağlamlığa aid iddia ərizəsi verən zaman rüsum ödənilmir. Məhkəməyə mən rüsum ödəməliyəmmi?

HörmətləŞəhla x. 


Hörmətli Şəhlə xanım, salam!

Sizin məktubunuz bir sıra anlaşılmayan hərflərlə gəldiyi üçün cavab verilməsi vaxt tələb etdi.

Qoyulmuş suallara cavab veririk:

1 və 2-ci suallarla bağlı. Azərbaycan Respublikası MPM-nin 36.2 maddəsinin tələbinə görə rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Yəni, cavabdehlərdən heç olmasa birinin ünvanı Səbail rayonunun ərazisinə düşürsə, iddiaçıya hüquq verilir ki, Səbail rayon məhkəməsinə müraciət etsin. Lakin bütün cavabdehlərin rəsmi qeydə alındığı ünvana dair məhkəməyə məlumat (arayış, bu halda DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin MAPS üzrə Məlumat xidmətindən) verilməlidir ki, o, bütün tərəflərin məhkəmədə iştirakını təmi edə bilsin.

3-cü sualla bağlı. Əgər Siz iddia ərizəsində səhhətinizə yetirilmiş xəsarətlərin əvəzinin ödənilməsini tələb edirsinizsə, bu halda “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.3 maddəsinə əsasən dövlət rüsumu ödəməkdən azad edilirsiniz.

Hörmətlə,

BHHT

This post is also available in: Английский

Leave a Reply