Print This Post
 

От Шахлы Ибрагим

Cavab üçün cox-cox  sağ olun.

Bir sualım da vardır.  Mənə Dövlət Miqrasiya Xidmətindən Türkiyə vətəndaşı, lakin daima Azərbaycana gələrək ayda on gün işləyən Murat Cenqiz oğlunun burada qaldığı müddətdə hansı ünvanda yaşadığı haqqında arayış almaqda kömək edə bilərsinizmi? Çünki Miqrasiya Xidmətindən mənə rəsmi surətdə belə arayış verməzlər, qeyri-rəsmi əldə etsəm də yaqin ki, bu məhkəməni təmin etməyəcək.  Əgər kömək etsəniz minnətdar olaram. Şəhla x. 

Hörmətli Şəhla xanım!

Sualınıza cavab olaraq bildiririk ki, Azərbaycan Respublikasında 30 (otuz) gündən artıq yaşamaq istəyən əcnəbilər və vətəndaşlığı olmayan şəxslər yaşayış yeri üzrə qeydiyyata alınma üçün yaşayış yerinə gəldiyi vaxtdan 3 (üç) gün ərzində Daxili İşlər Nazirliyinin müvafiq orqanında qeydiyyatdan keçməlidirlər. Sualda qeyd etdiyiniz şəxs yaşayış yeri üzrə qeydiyyata düşübsə onun barəsində məlumatı Dövlət Miqrasiya Xidmətindən, Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsindən, həmçinin, Əmək və Əhalinin müdafiəsi Nazirliyinin Miqrasiya İdarəsindən (əgər işləmək üçün fərdi icazə alıbsa) onun qeydiyyatı ilə bağlı məlumat ala bilərsiniz. Rəsmi qaydada verilmiş cavab məhkəməni qane etməsi üçün kifayətdir.

Hörmətlə,

BHHT  

This post is also available in: Английский

Leave a Reply