Kəmalə Tağıyevanın məktubu
Azərbaycan Respublikasının Prezidenti cənab İ.H. Əliyevə
Azərbaycan Respublikasının Birinci vitse prezidenti
xanım M.A. Əliyevaya
Prezident Administrasiyanın rəhbəri cənab R. Mehdiyevə
Prezident Administrasiyanın şöbə müdiri
cənab F. Ələsgərova
Milli Məclisin deputatlarına
Tağıyeva Kəmalə Şaban qızı tərəfindən (Bakı şəhəri, Aşıq Alı küçəsi, 7/19, mənzil 85)
Hörmətli cənab Prezident! Hörmətli Mehriban xanım!
Hörmətli xanımlar və cənablar!
Həyat yoldaşım, jurnalist Mahmud Tağıyev işi üzrə özbaşınalq davam edir.
Qanunalr və Sizin göstərişləriniz Azərbaycanın məhkəmələrində və prokurorluqda işləmir, onlara, boş söz kimi, açıq-aşkar və həyasızcasına fikir verən yoxdur.
Sizə ünvanladığım şikayətləri şikayət etdiyim şəxslərə göndərilir, onlar isə dövlətçiliyimizi nüfuzdan salmağa və qarət etməyə davam edir.
Təcili münasibət bildirilməsini xahiş edirəm
Hörmətlə
Tağıyeva K.Ş.
05.07.2019-cu il